Şahbuzda yeni meyvə bağları salınıb

Google+ Pinterest LinkedIn Tumblr +

Şahbuz rayonunda yeni meyvə bağlarının salınması diqqət mərkəzində saxlanılır. Görülən işlərin davamı olaraq, rayonun Daylaqlı kəndi ərazisində 1,5 hektar sahədə yeni üzüm bağı salınıb.

Biosfer.az xəbər verir ki, üzüm bağları daha çox maili sahələrdə salınır. Buna görə də yeni üzüm bağının salınması üçün Daylaqlı kəndi ərazisindəki yamac sahələr seçilib. Əvvəlcə həmin ərazidə aqrotexniki tədbirlər görülüb. Əkin zamanı yerli üzüm sortlarından olan ağ və qara kişmişi, xəlili, qara şanı və digər sortlardan istifadə olunub. Yeni salınan bağda suvarma tədbirlərinin aparılması üçün əraziyə 1 kilometr uzunluğunda yeni su xətti də çəkilib. Əkində üzvi gübrələrdən də istifadə olunaraq əraziyə 2 min üzüm tənəyi basdırılıb.

Qeyd edək ki, son dövrlərdə rayon ərazisində 5 hektar sahədə yeni üzüm bağı salınıb. Bu il payız aylarından etibarən isə 8 hektara yaxın sahədə yeni meyvə bağları salınıb. Badamlı qəsəbəsində yol kənarlarına 1200 çinar, Ağbulaq yolunun kənarlarına isə 1500 cəviz tingi əkilib. Qeyd edək ki, son illərdə rayonda aparılan yaşıllaşdırma tədbirləri sayəsində yaşıllıq sahələrinin ümumi həcmi xeyli artırılıb ki, bu sahələrin də əksəriyyəti məhsul verən meyvə bağlarıdır.

Paylaş