Kanadanın qərb sahillərində iki güclü zəlzələ olub

Google+ Pinterest LinkedIn Tumblr +

Kanadanın qərb sahillərində bir saat ərzində iki güclü zəlzələ baş verib.

Biosfer.az ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, ilk zəlzələnin maqnitudası 5,7 bal olub. Yeraltı təkanların episentri Port Hardi bələdiyyəsindən 170 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

İkinci zəlzələ 6 bal gücündə olub. Zəlzələnin episentri Port Hardi bələdiyyəsindən 175 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Paylaş