Korsika adasında həyat iflic oldu – QASIRĞA

Google+ Pinterest LinkedIn Tumblr +

Pis hava şəraiti Korsika adasını Fransanın materik hissəsindən təcrid vəziyyətə salıb.

Biosfer.az xəbər verir ki, bu barədə “France Info” məlumat yayıb.

“Fabien” fırtınasının yaxınlaşması nəticəsində Marseldən aviauçuşlar və bərələrin hərəkəti ləğv edilib.

Ayrıca, təbii fəlakəta görə, Ayaçço və Bastiya şəhərlərinə gedəcək qatarların hərəkəti də dayandırılıb.

Qeyd olunub ki, “Fabien” fırtınasından əvvəl Fransa, İspaniya və Portuqaliya ərazisindən “Elsa” fırtınası keçib.

Fırtına çayların daşmasına, elektrik xətlərinin qırılmasına və insanların ölümünə səbəb olub.

Paylaş