Qazaxıstanın bir çox bölgələrində yollar bağlanıb

Google+ Pinterest LinkedIn Tumblr +

Qazaxıstanda hava şəraitinin pisləşməsi nəticəsində respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın hərəkət müvəqqəti dayandırılıb.

Biosfer.az xəbər verir ki, qar və şaxta səbəbindən yollar buz bağlayıb. Aktobe vilayətində 11 avtomobilin toqquşması nəticəsində ölənlər və xəsarət alanlar var. Bundan başqa, Samara- Çimkənt magistralında 60-a yaxın avtomobil yollarına davam etmək üçün havanın yaxşılaşmasını gözləyir.

Hava şəraitinin kəskin soyuması ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib. Qazaxıstan Daxili İşlər Nazirliyi uzaq səfərə çıxan sürücülərə hava şəraitini nəzarətdə saxlamağı tövsiyə edir.

Paylaş