Nadir quş növlərini görmək istəyənlər milli parklara səyahət edə bilərlər – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Gözoxşayan füsunkar gözəlliklərdən həzz almaq, nadir quşları müşahidə etmək, istirahətlərini təbiət qoynunda keçirmək istəyənlər qış tətili günlərində milli parklara səyahət edə bilərlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycana əsasən qışlamağa gələn nadir quş növlərini görmək istəyən bütün təbiətsevərləri milli parklara dəvət edir.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarına səyahət etməklə nadir quş növlərindən olan flaminqo, çəhrayı qutan, yaşılbaş ördək, soltanquş, ağqaş qaz, göydimdik ördək, fısıldayan qu, qızılqaz, qıvrımlələk qu kimi quşları müşahidə etmək mümkündür.

Qeyd edək ki, hər il Azərbaycanda orta hesabla 1-1,5 milyona yaxın quş qışlayır.

Paylaş