Türkiyədə təhlükəli xəstəlik yayıldı – 81 at tələf oldu

Google+ Pinterest LinkedIn Tumblr +

İstanbulun əsas turistik bölgələrindən olan Böyük Adanın rəmzlərindən olan faytonlara qoşulan atlarda “at vəbası” kimi bilinən ruam xəstəliyi aşkar olunub. Karantinə alınan bölgədə 81 at artıq tələf edilib.

Biosfer.az xəbər verir ki, hazırda bölgədə digər atların müayinəsi aparılır.

Xəstəliyin insanlara keçmə ehtimalı istisna olunmur. Bu səbəbdən xəstə heyvanla birbaşa təmasda olan insanların da müayinədən keçmələri barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Böyük Adada nəqliyyat vasitəsi olaraq yalnız faytonlardan istifadə edilir.

Paylaş