Yaponiyada zəlzələ olub

Google+ Pinterest LinkedIn Tumblr +

Dekabrın 19-da Yaponiyanın Aomori prefekturasında yerləşən Hönşü adasının şimalında 5,5 bal gücündə zəlzələ baş verib.

Biosfer.az Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, zəlzələnin episentri Aomori sahillərindən şərqdə, ocağı 53 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar qonşuluqdakı İvate və Akita prefekturalarında, həmçinin Hokkaydo adasının cənubunda da hiss olunub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Paylaş