İranın Əhvaz şəhərini su basıb

Google+ Pinterest LinkedIn Tumblr +

İranın Əhvaz şəhərində aramsız yağan yağışlar böyük fəsadlar törədib.

Biosfer.az xəbər verir ki, ötən gecə yağan leysan yağışları nəticəsində şəhərin küçələrini su basıb, avtomobillərin və piyadaların hərəkətində çətinlik yaranıb.

Yerli mətbuatın verdiyi məlumata görə, məktəblər və bəzi ictimai-iaşə obyektləri birgünlük tətil elan ediblər.

Yağış suları bəzi evlərə də dolaraq insanlara problemlər yaradıb. Təbii fəlakət zamanı həyatını itirən olmayıb.

Paylaş