Avstraliyada ekstremal istilər hökm sürür

Google+ Pinterest LinkedIn Tumblr +

Avstraliyada dekabrın 17-də havanın hərarəti 40 dərəcəni keçərək yeni rekord müəyyən edib.

Biosfer.az Interfax agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin meteorologiya bürosu məlumat yayıb. Bu ərəfədə termometrlər 40,9 dərəcə isti göstərib. Əvvəlki temperatur rekordu 2013-cü ilin yanvarında qeydə alınmışdı – 40,3 dərəcə.

Son aylar havaların isti keçməsi səbəbindən Avstraliyada yüzlərlə yanğın baş verib. Hazırda Sidney şəhərində 400 min hektar sahəni əhatə edən iri yanğın da daxil olmaqla, Yeni Cənubi Uels ştatında 100-dən çox yanğın ocağı qeydə alınıb. Ölkədə təbiət yanğınları nəticəsində azı altı nəfər həlak olub, 700-dən çox tikili yanaraq külə dönüb, azı 3 milyon hektar əraziyə ziyan dəyib.

Rəsmi məlumata görə, Avstraliyada meteoroloji müşahidələr tarixi ərzində 2019-cu il ən isti il ola bilər.

Paylaş