ABŞ-da qasırğa nəticəsində 3 nəfər ölüb

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın cənubundakı qasırğalar nəticəsində azı üç nəfər ölüb, daha bir neçə nəfər, o cümlədən yeddi yaşlı uşaq xəsarət alıb.

Biosfer.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Təbii fəlakətin Texas, Luiziana, Arkanzas və Missisipi ştatlarında dekabrın 16-dan bəri tüğyan etdiyi məlumdur.

İlkin məlumatlara görə, Luiziana və Missisipi ştatlarında, təxminən, yeddi tornado qeydə alınıb. İnsanlar evlərin dağılması nəticəsində ölüb.

Paylaş