Zürafə biti necə olur?

Google+ Pinterest LinkedIn Tumblr +

Boynunun uzunluğuna görə zürafəyə oxşayan, elə bu səbəbdən də zürafə biti adını daşıyan bu canlı Madaqaskarda yayılıb.

Erkəklərin boynu dişilərdən 2-3 dəfə uzundur. Və zürafə kimi uzun boyun bu növün yalnız erkəklərinə məxsusdur. Bədəni qara, qanadları isə qırmızı rəngdədir. Həmçinin erkəklərin ümumi bədən uzunluğu 2.5 sm-dir. Boynun belə uzun olması yuva qurmada və digər öz növündən olan həşəratla mübarizə üçündür. Boynu daha qüvvətli olan zürafə biti qalib gəlir. Boynu zəif olan zürafə biti isə, adətən, iki yerə bölünür.

Çoxalma zamanı ana zürafə biti yarpağı bükür və ondan yumurta qoymaq üçün boru yaradır. Bu boruya bir yumurta qoyur. Bala yumurtadan çıxdığı zaman bükdüyü yarpağı doğrayır.

Paylaş