Masallı rayonunun meşə fondu ərazisində ağacəkmə aksiyası keçiriləcək

Google+ Pinterest LinkedIn Tumblr +

Təbiətşünaslıq və ekologiya sahəsində Azərbaycan elminə və təbiətinə əvəzsiz töhfələr vermiş akademik Həsən Əliyevin Azərbaycanda, o cümlədən Abşeron yarımadasında meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarının salınmasında misilsiz xidmətlərini nəzərə alaraq dekabrın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən elm xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Masallı rayonunda dəyirmi masa və ağacəkmə aksiyası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, tədbirlərin keçirilməsində məqsəd ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş görkəmli alim Həsən Əliyevin xatirəsini yad etmək, onun ətraf mühit sahəsində qoyduğu irsi davam etdirmək, insanlar arasında təbiətə olan qayğı hissini təbliğ etməkdir.

Qeyd edək ki, görkəmli alim Həsən Əliyev Azərbaycanda insan və təbiət münasibətlərinə yeni baxış sisteminin formalaşdırılmasında, yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində, yeni yaşıllıqların salınmasında mühüm xidmətləri ilə gələcək nəsillərə örnək olub.

Paylaş