Problem işıqlandırıldı, ərazi zibillikdən təmizləndi – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Xaçmaz rayonu, Əlif Hacıyev küçəsində yığılıb qalan zibillər təmizlənib.

Biosfer.az xəbər verir ki,  bununla bağlı Oxu.Az-a Xaçmaz Yaşıllaşdırma İdarəsinin rəisi Qalib Səfərəliyev məlumat verib.

“Bir neçə gündür zibil maşını ilə yaşadığımız problemə görə zibillər yığılıb qalmışdı. Amma ərazi bu gün tam olaraq təmizləndi”, – o bildirib.

Qeyd edək ki, Ə.Hacıyev küçəsi, 5 nömrəli tam orta məktəbin köhnə binasının qarşısında zibil qutuları dolmuş, ətraf zibillənmişdi.

Paylaş