Qazaxıstanın altı vilayətində qasırğa xəbərdarlığı

Google+ Pinterest LinkedIn Tumblr +

Qazaxıstanın Akmola, Pavlodar, Cənubi Qazaxıstan, Karaqanda, Qərbi Qazaxıstan və Kustanay vilayətlərində qasırğa xəbərdarlığı elan olunub.

Biosfer.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, ölkənin bir çox vilayətlərində hava şəraiti qeyri-sabit olaraq qalır. Dekabrın 12-də respublikanın bir çox hissəsində güclü duman olacaq və yolların buz bağlayacağı bildirilir.

Nur-Sultan-Petropavlovsk magistral yolunda güclü boran və duman səbəbindən qəzalar baş verib, bir neçə adam yaralanıb.

Karaqanda vilayətinin Kızılorda-Pavlodar, Karaqanda-Balxaş magistral yollarının bəzi hissələri bağlanıb.

Paylaş