10 dekabr – Beynəlxalq Heyvan Hüquqlarının Müdafiəsi Günüdür

Google+ Pinterest LinkedIn Tumblr +

10 dekabr – Beynəlxalq Heyvan Hüquqlarının Müdafiəsi Günüdür. Bu gün 1998-ci ildə İnsan Hüquqları Bəyannaməsinin imzalanmasının 50-ci ildönümü münasibətilə təsis edilib. Tarixin qeyd edilməsində əsas məqsəd planetimizdə yaşayan bütün canlılara qarşı zülm, şiddət, işgəncəni dayandırmaq, onların öldürülməsinin qarşısını almaqdır.

Biosfer.az “calend.ru” saytına istinadla xəbər verir ki, 1978-ci il oktyabrın 15-də Parisdə UNESKO-nun binasında “Beynəlxalq heyvan haqları Bəyannaməsi” qəbul olunub. Təəssüflə qeyd etmək lazımdır ki, planetimizin bir çox sakini bu bəyannamədən bixəbərdir. On bənddən ibarət bu sənəd Dünya İnsan Haqları Bəyannaməsinin əsasında hazırlanıb və heyvanların da müdafiə olunmaq, yaşamaq hüquqlarının olmasını özündə əks etdirir.

Azərbaycanda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən yaradılmış IDEA Heyvanlara Qayğı Mərkəzində (IACC) heyvanların rifahının təmin edilməsi üçün hər bir şərait yaradılıb. Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur.

IDEA Heyvanlara Qayğı Mərkəzi öz fəaliyyətini əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, sahibsiz heyvanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldib.

Paylaş