İranda yağan aramsız yağışlar fəsadlar törədib

Google+ Pinterest LinkedIn Tumblr +

Aramsız yağışlar nəticəsində İranın Xuzistan vilayətində fəsadlar yaranıb.

Biosfer.az yerli mətbuata istinadla xəbər verir ki, vilayətin bir sıra şəhər və kəndlərində yollar sıradan çıxıb, məktəblər bağlanıb. Bu vilayətin Abdullah qəsəbəsində yağış suyu evlərə dolub. Əhali yağışın fəsadlarını aradan qaldırmağa çalışır.

Hökumət nümayəndələri əhaliyə yardım göstəriləcəyini bildiriblər.

Xatırladaq ki, bu il ikinci dəfədir ki, İranın Xuzistan vilayəti təbii fəlakətlə üz-üzə qalır.

Paylaş