Brüsseldə iqlim dəyişmələrinə qarşı canlı zəncir

Google+ Pinterest LinkedIn Tumblr +

Brüsseldə etiraz aksiyası keçirən 2400-dək adam hökumətdən iqlimin müdafiəsi üçün daha fəal siyasət yeridilməsini tələb edib.

Biosfer.az xəbər verir ki, iştirakçılar Belçika paytaxtının əvvəlcədən şərtləşdirilmiş rayonlarına toplaşıblar. Onlar başqa qruplarla birləşmək üçün eyni vaxtda bir-birinin əlindən tutublar və bu yolla Kral sarayından Federal Parlamentin binasına qədər uzun canlı zəncir yaradıblar.

Aksiya iştirakçılarından biri AZƏRTAC-a müsahibəsində deyib: “Oğlumun 7 yaşı var. 2050-ci ildə 37 yaşı olacaq. Yer kürəsində həyatı saxlamaq üçün biz hamımız səy göstərməliyik”. Digər aksiya iştirakçısı isə öz münasibətini belə bildirib: “Biz yaxşı ideyaları və vəziyyətə aydın baxışı olan hökumət istəyirik”. Bir başqası isə deyib: “Görünür, siyasətçilər bizi dinləmirlər. Biz vaxtında küçələrə çıxmışıq. Tələb etdiklərimiz məhz bu gün aktualdır, çünki çox az zamanımız qalıb. Artıq indinin özündə radikal tədbirlər lazımdır. Yer kürəsinin səbir kasası daşıb“.

Bu arada Energetika və Ətraf Mühit naziri, xanım Zuhal Dəmir Flandriya iqlim planının başa çatdırılması üzrə səylərini davam etdirir. O, öz planını ötən cümə təqdim etmək niyyətində imiş, lakin bu planı anons edəcəyi mətbuat konfransı ləğv edilib. Nazir planını sabah təqdim edə bilər. Dəmir KİV-lərə müsahibəsində bildirib ki, hazır plan olmadan Madrid İqlim Sammitinə getmək istəmir.

Paylaş