Çində meymun və donuzun ilk hibridləri əldə edilib.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, hibridlər gələcəkdə heyvanlarda insan orqanlarının yetişdirilməsi üçün yaradılıblar.
Qeyd edilir ki, alimlərə ürək, dalaq, ağ ciyər və dərilərində makakaların genetik materialları olan çoşqa yaratmaq üçün 4000-dən artıq embrion lazım olub.
Nəşr bildirir ki, hibridlər doğulandan bir həftə sonra laboratoriyada ölüblər.