Füzulidə 50 yaşlı kişi kəsdiyi ağacın altında qaldı

Google+ Pinterest LinkedIn Tumblr +

Füzuli rayonunda 50 yaşlı kişi ağac kəsərkən ağacın altında qalıb.

Biosfer.az oxu.az-a istinadən xəbər verir ki, 50 yaşlı Tərxan Mehtiyev həyətyanı sahədə ağac kəsərkən ağac onun üzərinə aşıb.

Yaralı ağır vəziyyətdə Bakıya xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Paylaş