Daşkəsəndə quduz itlərdən yad həyətdə gizlənən kişi döyüldü

Google+ Pinterest LinkedIn Tumblr +

Daşkəsən rayonunda döyülmə hadisəsi qeydə alınıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çovdar kəndində baş verib.

1975-ci il təvəllüdlü Xanoğlan Salmanov döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Zərər çəkmişin sözlərinə görə, kəndin ərazisində küçə itləri ona hücüm ediblər və o qorxusundan bir evin həyətinə girib. Ev sahibi isə “dəvətsiz qonağı” oğru hesab edərək onu döyüb.

Fakt polis əməkdaşları tərəfindən araşdırılır.

Paylaş