“Tisoy” qasırğası 13 nəfərin həyatına son qoyub

Google+ Pinterest LinkedIn Tumblr +

Filippində “Tisoy” qasırğası nəticəsində azı 13 nəfər həlak olub.

Biosfer.az xəbər verir ki, “ABS-CBN” telekanalının polis orqanlarına istinadla yaydığı məlumata görə, Luson adasının cənubunda yerləşən Bikol və Mimaropa regionlarının hər birində beş nəfər, Keson əyalətində iki nəfər, Leyte adasında isə bir nəfər təbii fəlakətin qurbanı olub.

Dekabrın 2-də gecə saatlarında Sorsoqon əyalətindən Filippin ərazisinə daxil olan “Tisoy” qasırğası Manilaya leysan yağışları gətirib. Təbii fəlakət səbəbindən yerli hakimiyyət orqanları 500 mindən çox insanın təxliyə olunması barədə qərar verib. Fövqəladə Vəziyyətlərdə İctimai Təhlükəsizlik İdarəsinin məlumatına görə, 300 minə yaxın insan daşqın təhlükəsi ilə üzləşib. Təcili xidmət orqanları istisna olmaqla, Maniladakı bütün hökumət müəssisələrinin işi dayandırılıb.

Sinoptiklərin məlumatına əsasən, qasırğanın yalnız dekabrın 5-də ölkə ərazisini tərk edəcəyi gözlənilir.

Paylaş