Gürcüstanda havalar kəskin pisləşdi – Hökumət fermerlərə müraciət etdi

Google+ Pinterest LinkedIn Tumblr +

Gürcüstan hökuməti havaların kəskin soyuması ilə əlaqədar fermerlərə və fərdi təsərrüfat sahiblərinə müraciət edib.

Biosfer.az xəbər verir ki, Gürcüstanın Ətraf Mühit Agentliyinin müraciətində deyilir ki, dekabrın 6-da və 7-də gecə saatlarında havanın temperaturu əhəmiyyətli dərəcədə aşağı düşəcək.

Qərbi Gürcüstan bölgəsində temperatur mənfi 2-5 dərəcəyə enəcək. Bu da kənd təsərrüfatı məhsullarına, xüsusən də sitrus meyvələrinə ciddi ziyandır. Həmin meyvələrin donması ehtimalı böyükdür.

Agentlik fermerləri həmin meyvələri və donma təhlükəsi olan digər məhsulları sahələrdən daha tez yığmağa çağırıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna əsasən bu il təkcə Acarıstan Muxtar Respublikası ərazisində 55 min ton sitrus meyvəsinin tədarükü gözlənilir.

Bu məhsulun bir hissəsi xarici ölkələrə, o cümlədən Azərbaycana ixrac olunur.

Paylaş