Dekabrda milli parklarda maraqlı və rəngarəng tədbirlər keçiriləcək

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycanın milli parklarında dekabr ayında müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlər keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, burada məqsəd milli parklarda ekoturizm potensialının təbliği və turistlərin marağının artırılmasıdır.

Dekabrda milli parklarda keçiriləcək tədbirlər:

7 dekabr, saat 10:00 – Şirvan Milli Parkı – qaçış marafonu;

11 dekabr, saat 10:00 – Şahdağ Milli Parkı – beynəlxalq dağlar günü ilə əlaqədar piyada yürüş;

14 dekabr, saat 10:00 – Qızılağac Milli Parkı – Yerli əhalinin əl işlərinin sərgisi;

15 dekabr, saat 10:00 – Hirkan Milli Parkı – veloyürüş;

14 dekabr, saat 10:00 – Ağgöl Milli Parkı – quşların müşahidəsi və Milli Parkın tanıdılması ilə bağlı seminar;

21 dekabr, saat 10:00 – Altıağac Milli Parkı – atla yürüş;

21-22 dekabr, saat 09:00 – Samur-Yalama Milli Parkı – səmti müəyyənetmə turniri;

28 dekabr, saat 10:00 – Hirkan Milli Parkı – həvəskar balıq ovu turniri;

29 dekabr, saat 10:00 – Göygöl Milli Parkı – həvəskar balıq ovu turniri;

29 dekabr – Beynəlxalq bioloji müxtəliflik günü ilə əlaqədar bütün milli parklarda açıq qapı günü.

Təbiətin füsunkar gözəlliklərindən həzz almaq istəyənlər milli parklara səyahət edə və təşkil olunacaq tədbirlərə qoşula bilərlər.

Paylaş