Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi azalıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 130, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda ongünlük normadan az və norma daxilində olmaqla normanın 30-130, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə ongünlük normadan az və norma daxilində olmaqla onun 40-100 faizini təşkil edir.

Departamentdən Biosfer.az-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 113 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 72 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 40 kubmetr təşkil edir. Bu, da ongünlük normadan az olmaqla normanın 52 faizinə bərabərdir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 95 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 88 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində Surra məntəqəsi istisna olmaqla azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 330 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 151 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 3 santimetr azalaraq 73 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 135 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 2 santimetr azalaraq 33 santimetr olub.

Paylaş