Portuqaliya küçələrində iqlim tətili keçirilir

Google+ Pinterest LinkedIn Tumblr +

Bu gün dünyanın 157 ölkəsində, o cümlədən Portuqaliyada iqlim tətili keçirilir.

Biosfer.az xəbər verir ki, dördüncü tətil gəncləri dekabrın 2-13-də Madriddə keçiriləcək BMT-nin iqlim dəyişmələri məsələlərinə həsr olunmuş Konfransa qoşulmalarına səfərbər etməyə yönəldilib.

Siyasətçilərdən qlobal istiləşməyə qarşı mübarizə sahəsində sürətli və qətiyyətli addımlar tələb edən Beynəlxalq İctimai Gənclər Hərəkatının “FridaysForFuture” saytının hesablamalarına görə, iqlim sammitində 100 mindən çox adam iştirak edir.

Portuqaliyada tətillər Lissabon, Portu, Koimbre, Santarene, Portaleqre, Evore və Vila-de-Santo-Andre (Santyaqu-du-Kasem) şəhərlərində planlaşdırılır.

Hərəkatın rəsmi saytında bildirilir ki, 2018-ci ilin avqustundan 223 ölkənin 6600 şəhərində iqlim tətilləri keçirilib.

Paylaş