Daşqın və sürüşmələrin nəticələrini aradan qaldırmaq üçün 4,5 milyon avro ayrıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Avropa parlamenti keçən il Krit adasında baş verən daşqın və sürüşmələrin nəticələrini aradan qaldırmaq üçün Həmrəylik Fondundan 4,5 milyon avro ayırıb.

Biosfer.az xəbər verir ki, Parlamentin üzvü Eva Kayli tərəfindən irəli sürülən təşəbbüs 669 səslə qəbul olunub. Avropa Komissiyasının məruzəsinə əsasən keçən ilin fevralında baş verən daşqın və sürüşmələr insan ölümləri ilə nəticələnib, infrastruktur, iqtisadiyyat, kənd təsərrüfatı sahəsinə dağıdıcı təsir göstərib. Qeyd edək ki, Avropa İttifaqının Həmrəylik Fondu Mərkəzi Avropada baş verən daşqınların nəticəsini aradan qaldırmaq məqsədilə 2002-ci ildə təsis olunub.

Paylaş