Dekabrın 2-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Biosfer.az-a verilən məlumata görə, həmin gün havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında dekabrın 2-də bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.