“Fukusima-1” AES-də radioaktiv suyun torpağa sızdığı güman edilir

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının (AES) operatorunun yaydığı məlumata görə, AES-in ərazisindəki tüstü borusunun üzərindən axan yağış suyu torpağa sıza bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 28-də AES-in operatoru “Tepco Electric Power Co.” şirkəti məlumat yayıb. Bildirilir ki, 120 metr hündürlüyündə olan boru 2011-ci ildə baş vermiş qəza zamanı güclü çirklənməyə məruz qalıb və ondan axan yağış suyunun tərkibində yüksək dərəcəli radioaktiv maddələr var.

Operator şirkət tərəfindən çirkli suyun toplanması üçün AES-in ərazisində xüsusi beton konteyner quraşdırılıb. Bu konteynerə daxil olan çirkli suyun səviyyəsi 40 santimetri keçdikdən sonra avtomatik olaraq yaxınlıqdakı çənlərə yönəlir.

Şirkətin bildirdiyinə görə, konteynerdə suyun səviyyəsi buradakı su çənlərə axmadığı halda belə azalır. Bu isə həmin konteynerdə çatın yarandığını və radioaktiv suyun həmin çatdan torpağa sızdığını deməyə əsas verir.

Paylaş