650 min ağac əkilməsi kampaniyası – Bu tarixdə gerçəkləşəcək

Google+ Pinterest LinkedIn Tumblr +

Nəsimi ili ilə əlaqədar Azərbaycanda 650 min ağacın əkilməsi kampaniyası dekabrın 5-də gerçəkləşəcək.

Biosfer.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, həmin gün Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start veriləcək: ” “Təbiətə öz töhfəni ver” devizi altında keçiriləcək kampaniya çərçivəsində ölkəmizdə bu vaxta qədər baş verməmiş hadisə reallaşacaq, bir gündə 650 min ağac əkiləcək”.

Paylaş