Albaniyada zəlzələ qurbanlarının xatirəsi anıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Albaniya hökuməti zəlzələ qurbanlarının xatirəsinə noyabrın 27-ni ümummilli matəm günü elan edib.

Biosfer.az xəbər verir ki, əvvəlcə matəm gününün noyabrın 27, 28 və 29-na təyin etmək planlaşdırılsa da, noyabrın 28-i və 29-u dövlət bayramı günləri olduğundan matəm yalnız bir gün təyin olunub, digər günlərdə isə bayram və əyləncə tədbirləri ləğv olunacaq.

Qeyd edək ki, noyabrın 26-da səhər saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Şidjak şəhərindən 10 kilometr şimal-qərbdə, ocağı isə yer səthindən 10 kilometr dərinlikdə yerləşib. Son məlumata görə, təbii fəlakət nəticəsində 27 nəfər həlak olub, 650-dən çox insan xəsarət alıb, 45 nəfər isə dağıntılar altından xilas edilib.

Yeraltı təkanlar zəlzələnin episentrinə yaxın olan Tirana, həmçinin Durres şəhərlərində daha çox hiss edilib. Nəticədə bir neçə bina dağılıb. Ölkədəki bütün məktəblər bağlanıb. Prezident İlir Meta Tirananın mərkəzi hospitalında yaralıları ziyarət edib və vəziyyəti dramatik adlandırıb.

Zəlzələdən ən çox zərər görən Tirana və Durres şəhərlərində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Paylaş