Çin karbon emissiyasının azaldılması ilə bağlı illik hədəfə vaxtından əvvəl çatıb

Google+ Pinterest LinkedIn Tumblr +

Çində 2018-ci ildə ümumi daxili məhsulun (ÜDM) vahidinə düşən karbon emissiyası 4 faiz azalıb ki, bu da illik hədəfdən 0,1 faiz yüksək olub.

Biosfer.az xəbər verir ki, bu barədə Çinin Ekologiya və Ətraf Mühit nazirinin müavini Cao İnmin açıqlama verib. Nazir müavini 2005-ci illə müqayisədə Çində karbon emissiyası miqdarının 45,8 faiz azaldığını (5,26 milyard ton karbon-dioksid), bununla 2020-ci ilədək nəzərdə tutulan 40-45 faizlik azalma hədəfinə vaxtından əvvəl nail olunduğunu bildirib.

Qeyd olunub ki, ötən il Çində qeyri-fosil yanacaq növlərinin ümumi enerji istehlakındakı payı 14,3, bərpaolunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin ümumi enerji istehsalındakı payı isə 26,7 faiz təşkil edib.

Paylaş