taliya və Fransanı birləşdirən avtomagistralın sel səbəbindən sürüşməsi nəticəsində 3 nəfər həlak olub, daha 2 nəfər isə itkin düşüb.
Biosfer.az xəbər verir ki, itkin düşənlərdən biri İtaliyanın şimalındakı Pyemont regionundan olan 52 yaşlı qadındır. Onun avtomobilini daşıb yolu basan çayın apardığı ehtimal olunur.
Alessandriya şəhəri hazırda ən çox zərər görənlərdəndir. İndiyədək 200 nəfər təxliyə edilib, 600 nəfər isə evsiz qalıb. Daha bir qadın itkin düşüb. Aosta şəhərində də 500 nəfər təxliyə edilib.
Kənd təsərrüfatına da ciddi ziyan dəyməkdə davam edir. Güclü yağışlar və sel tarlaları yuyur, fermalar və anbarlar dağılır.