Ağdaş rayon sakini ov tüfəngini polisə təhvil verib.
Bu barədə Biosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aparılan profilaktiki tədbirlər nəticəsində Ağdaş rayonunun Cücük kənd sakini E.Yəhyayev müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.