Çinin Quansi Cuan muxtar bölgəsində 5,2 bal gücündə zəlzələ olub.
Biosfer.az xəbər verir ki, ölkənin Seysmologiya Mərkəzi bu barədə məlumat yayıb. Bildirilir ki, bölgənin Baysı şəhərində yerli vaxtla səhər 9:18-də qeydə alınan zəlzələnin ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.
Yerli mətbuat zəlzələnin törətdiyi dağıntı nəticəsində bir nəfərin öldüyünü yazır.