Meşə yanğınlarına görə yarış təxirə salındı

Google+ Pinterest LinkedIn Tumblr +

Noyabrın 14-dən Avstraliyada start götürməli olan ralli üzrə dünya çempionatının (WRC) son mərhələsi təxirə salınıb.

Biosfer.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qitənin şimal-şərq sahillərində baş verən geniş miqyaslı meşə yanğınlarıdır. Rallinin hansı tarixdə reallaşacağı barədə məlumat verilmir.

Qeyd edək ki, “Toyota” komandasından estoniyalı Ott Tyanak 24 – 27 oktyabrda İspaniyada keçirilən mərhələdə çempionluğu vaxtından əvvəl təmin edib.

Paylaş