Qubada iribuynuzlu heyvan quyuya düşdü

Google+ Pinterest LinkedIn Tumblr +

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Quba rayonunun Qamqam kəndində iribuynuzlu heyvanın dərinliyi 12 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Biosfer.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.

Paylaş