Hindistanda “Bulbul” siklonu – 10 ölü

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın şimal-şərqində tüğyan etmiş “Bulbul” tropik siklonu azı 10 nəfərin ölümünə səbəb olub.

Biosfer.az xəbər verir ki, Orissa və Qərbi Benqaliya ştatlarında 60 mindən çox ev qismən və ya tamamilə dağılıb.

Siklon ümumilikdə 460 min sakinə təsir göstərib. Bir sıra kəndlərin su altında qaldığı, aeroportların və dəmiryol nəqliyyatının işində ləngimələr yarandığı deyilir.

Paylaş