“Azərsu”: Qazdığımız yolları biz təmir etməməliyik

Google+ Pinterest LinkedIn Tumblr +

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov rəhbərlik etdiyi qurumun yolları qazdıqdan sonra təmir etməməsi ilə bağlı ittihamlara münasibət bildirib.

Biosfer.az xəbər verir ki, sədr bu barədə Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında danışıb.

“Qazdığımız yolları biz təmir etməməliyik. “Azərsu”nun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləsi var. Bu müqaviləyə əsasən, yolları onlar təmir etməlidirlər. Bəzən təmir bir iki gün çəkir, bu isə camaatın haqlı narazılığına səbəb olur. Bildiyim qədər Agentlik işləri tez görmək üçün yeni qurğular alıb”, – deyə o, qeyd edib.

Paylaş