Bu ölkə plastik məhsulların təkrar emalına görə Avropa İttifaqında ikinci yerdədir

Google+ Pinterest LinkedIn Tumblr +

Bolqarıstan plastik məhsulların təkrar emalına dair göstəricilərə əsasən Avropa İttifaqında ikinci yerdədir.

Biosfer.az xəbər verir ki, bu, Avropa Statistika Agentliyinin məlumatında qeyd olunub.

Bolqarıstanda bu rəqəm 65 faizə çatıb. Birinci yerdə isə Litvadır. Burada 74 faiz plastik məhsullar təkrar emal olunub. Üçüncü yerdə Kiprdir. Burada bu göstərici 62 faizə bərabərdir. Eyni zamanda, birinci onluğa Almaniya, Sloveniya, Çexiya, Slovakiya, Hollandiya, İspaniya və İsveç daxil olub. Ən sonuncu yerdə isə Maltadır. Burada yalnız 24 faiz plastik məhsul təkrar emal olunub. Avropa İttifaqında ümumiyyətlə isə 42 faiz plastik təkrar emal edilib. 2005-ci ildə bu rəqəm 18 faizə bərabər olub.

Paylaş