Pakistanda dengeyə yoluxanların sayı rekord vurdu

Google+ Pinterest LinkedIn Tumblr +

2019-cu il ərzində Pakistanda denge qızdırmasına yoluxanların sayı 44 min nəfərdən çox olub.

Biosfer.az xəbər verir ki, bu göstərici ölkə tarixində rekord hesab olunub. Bildirilir ki, il ərzində bu xəstəlikdən 66 ölüm faktı qeydə alınıb.

Ən çox yoluxma halı paytaxt İslamabadda qeydə alınıb. Bu şəhərdə 12,4 mindən çox, Sind əyalətində 10,1 min, Pəncabda isə 9,2 min nəfər dengeyə yoluxub.

Bununla belə, yoluxanlar arasında ölüm halları azalıb. Belə ki, 2011-ci ildə 27 min yoluxma, 370 ölüm halı qeydə alınmışdı.

Paylaş