Şəki sakinindən ov tüfəngi götürüldü

Google+ Pinterest LinkedIn Tumblr +

Şəki sakinində sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Bu barədə Biosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Q.Həmidovdan müvafiq sənədləri olmayan “İJ-K” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş