Nyu-Dehlidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Nyu-Dehlidə havanın çirklilik səviyyəsinin yol verilən normadan doqquz dəfə çox olması səbəbindən hakimiyyət orqanları şəhər daxilində fərdi maşınların hərəkətini məhdudlaşdırıb.

Biosfer.az xarici KİV-lərə istinadla xəbər verir ki, müəyyən olunmuş qaydaya görə, nömrə nişanları cüt rəqəmlə bitən maşınlar tək günlərdə, tək rəqəmlə bitən maşınlar isə cüt günlərdə şəhərdə hərəkət edə bilməz.

Hökumət orqanları bildirirlər ki, iki həftə ardıcıl olaraq hər gün Dehlidə qeydiyyatdan keçən 1,2 milyon nəqliyyat vasitəsi küçələrə çıxmayacaq.

Dehli administrasiyasının rəhbəri Arvind Kecrival Hindistanın şimalında havanın çirklənmə səviyyəsinin “dözülməz həddə çatdığını” və sağlamlıq üçün təhlükə yaratdığını bildirib.

Paylaş