1,5 milyondan artıq balıq tələf oldu – Cinayət işi açıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Ukraynanın Xerson vilayətinin Qolopristansk rayonunda balıqların kütləvi tələfatı qeydə alınıb.

AZƏRTAC Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, həmin rayonun sularında 1,5 milyondan artıq müxtəlif növ balıq tələf olub. Balıqların kütləvi tələfatı ilə bağlı cinayət işi açılıb.

Artıq hava, su və torpaqdan lazımi müayinələr götürülüb. Suyun mühafizəsi qaydalarını pozan şəxslərə 5 ilədək azadlıqdan məhrumetmə cəzası düşür.

Paylaş