Dehlidə hava sağlamlıq üçün təhlükəlidir

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın şimalında havanın çirklənmə səviyyəsi “dözülməz həddə çatıb”.

Biosfer.az “İnterfaks”a istinadən xəbər verir ki, Hindistanın paytaxtında hava rəsmi olaraq sağlamlıq üçün təhlükəli elan edilib. Bildirilir ki, məktəblər bağlanıb, yerli hava limanında 30-dan çox reys təxirə salınıb və şəhərdə tikinti işləri dayandırılıb.

Paytaxt Dehli şəhərinin administrasiyasının rəhbəri Arvind Kajrival federal orqanlardan qonşu bölgələrdə çirklənmə səviyyəsinin azaldılmasına kömək etmələri üçün müraciət edib.

Paylaş