200 mindən çox insan daşqın gözlənilən zonalarda yaşayır

Google+ Pinterest LinkedIn Tumblr +

İspaniyada 200 mindən çox insan 2050-ci ilə qədər daşqın gözlənilən zonalarda yaşayır.

Biosfer.az İspaniya KİV-lərinə istinadən xəbər verir ki, “Climate Central” təşkilatının bəyanatında bu məsələdən bəhs edilir.

İqlim dəyişiklikləri səbəbindən 2100-cü ilə qədər bu cür zonalarda yaşayan insanların sayının artaraq 340 minə çatacağı gözlənilir.

Donyana milli parkı yaxınlığında və Ebro çayının deltasındakı ərazilər daşqınlar ehtimalı baxımından İspaniyada ən təhlükəli zonalar hesab edilir.

Paylaş