Kiçik dağ çayları böyük miqdarda karbon qazı buraxır

Google+ Pinterest LinkedIn Tumblr +

Karbon qazının qlobal tullantılarında dağ çayları axınlarının rolu əvvəllər faktiki olaraq öyrənilməyib. Çünki alimlər diqqətlərini hündür olmayan tropik regionlarda və mülayim en dairələrində kiçik və böyük çayların tədqiqi üzərində cəmləşdiriblər.

Lozanna Federal Politexnik Məktəbinin çay ekosistemləri və bioplyonkaların öyrənilməsi laboratoriyasından olan Asa Horqbi beynəlxalq alimlər qrupu ilə birgə karbon qazı tullantılarının dağ çayları axınları vasitəsilə ilk irimiqyaslı tədqiqatını həyata keçirib.

Məlum olub ki, bu axınlar orta hesabla bir kvadratmetrə aşağı yüksəklikdəkilərə nisbətən daha çox karbon qazı buraxır. Əlavə burulğanlıq və sürət hesabına tullantıların səviyyəsi qismən artıb.

AZƏRTAC bu barədə “nat-geo.ru” saytına istinadla xəbər verir.

Bu axınların bütün çay səthlərinin 5 faiz sahəsini təşkil etməsinə baxmayaraq, onların payına 10 faizdən 30 faizədək karbon qazının çay tullantıları düşür. Tədqiqat qrupu öz həmkarlarının 2019-cu il fevralında “Nature Geoscience” nəşrində dərc olunan nəticələrindən istifadə edib. Buradan belə nəticə çıxır ki, dağ çayları axınlarında qaz mübadiləsinin sürəti əvvəl hesab edildiyindən 100 dəfə yüksəkdir.

“Biz əvvəllər heç vaxt karbon tullantılarının dağ çayları axını ilə ətraflı tədqiqatını aparmamışdıq. Onların praktik olaraq suyun tərkibində olması məlum deyildi”, – deyə çay ekosistemləri və bioplyonkaların öyrənilməsi laboratoriyasının rəhbəri Tom Battin bildirir.

Battinin sözlərinə görə, dağ çaylarında karbon qazı tullantılarının uzunmüddətli monitorinqi iqlim dəyişikliyinin onların biokimyasına necə təsir etməsini başa düşmək üçün həlledici əhəmiyyətə malikdir.

Paylaş