Növbədə Mingəçevirdir – Təmizlənəcək…

Google+ Pinterest LinkedIn Tumblr +

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti tədbir oktyabrın 22-də Mingəçevir su anbarında keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Biosfer.az-a verilən xəbərə görə, nazirliyin 8 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşlarının keçirdikləri reyd zamanı Mingəçevir su anbarının bir hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Mingəçevir su anbarında və digər su hövzələrində reydlər davam etdirilir.

Paylaş