Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 7 santimetr artıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normaya yaxın olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla 30-110, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-80 faizini təşkil edir.

Departamentdən Biosfer.az-a bildiriblər ki, oktyabrın 7-də Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 143 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 88 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 55 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 58 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 49 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 73 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 7 santimetr artaraq 322 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 145 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 1 santimetr azalıb və 83 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 1 santimetr artaraq 19 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 4 santimetr azalaraq 141 santimetrə bərabər olub.

Paylaş