Şirin qarşısında təhlükəli rəqs – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Nyu-York polisi Bronks zooparkında şirin volyerinə girərək onu qıcıqlandırmağa çalışan qadını axtarır.

Biosfer.az xəbər verir ki, hasarın üzərindən atlayaraq volyerə daxil olmuş qadın şirin qabağında əllərini yellədərək rəqs etməyə başlayıb. Hadisənin videogörüntüləri “Instagram” sosial şəbəkəsində yayılıb.

Qadın bundan sonra zooparkdan çıxarılıb. Lakin “Independent” nəşri xəbər verir ki, insident polisin diqqətini cəlb edib və qadının axtarışlarına başlanılıb.

Zoopark administrasiyası isə bu cür hərəkətlərin ciddi təhlükə daşıdığını bildirib.

Paylaş