Tullantıların emalından 180 minə yaxın türk lirəsi qazandılar

Google+ Pinterest LinkedIn Tumblr +

Dünyada tullantı emalı yüksək olan ölkələrdən biri də Türkiyədir. Tullantılarla mübarizə məqsədlə ölkədə 2018-ci il oktyabrın birindən etibarən “Sıfır Atıq” kampaniyası keçirilir.

Biosfer.az xəbər verir ki, kampaniya çərçivəsində bütün ölkədə olduğu kimi, İstanbulun müxtəlif bölgələrində də plastik və alüminium əşyaların toplandığı konteynerlər yerləşdirilib. Bu konteynerlərə atılan əşyalar müqabilində vətəndaşların nəqliyyatda gedişhaqqı kartlarına pul vəsaiti yüklənir.

Layihə çərçivəsində bu günədək İstanbulda toplanan 3.4 milyon plastik şüşə və 675 min alüminium əşyalar yenidən emal edilib ki, bunun da müqabilində istanbulluların gedişhaqqı kartlarına 179 min 540 türk lirəsindən artıq pul vəsaiti yüklənib.

Kampaniya çərçivəsində ölkədə əhalinin məlumatlandırılması məqsədilə mütəmadi olaraq tullantıların təbiətə vurduğu zərər barədə təlimlər də keçirilir.

Qeyd edək ki, elm adamlarının hesablamalarına görə, təbiətə atılan şüşə butulkalar 4 min, plastik əşyalar, sintetik yapışdırıcı maddələr, telefon kartları, kasetlər və su boruları 1000, balıq toru 600, uşaq bezi 550, alüminium 100, saqqız isə 25 ilə təbii yollarla çürüyür. Bu da təbii olaraq ekoloji baxımdan dünyanın gələcəyini böyük təhlükə altına salır. (Azərtac)

Paylaş